1 saylı körpələr-evi uşaq bağçasında 20 yanvar tədbiri keçirilib

img

Qəbələ şəhər 1 saylı körpələr-evi uşaq bağçasında 20 yanvar tədbiri keçirilib.


Rezonans.az xəbər verir ki, tədbirdə bağçanın fidanlari 20 yanvara həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. 


Bağçanın müdirəsi Nuranə İsmayılova çıxış edərək bildirib ki, 20 yanvar hadisəsi xalqımızın yaddaşında qanlı faciə kimi daxil olub. 


Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin kütləvi qəhrəmanlığıdır.


Sonda fidanlar simvolik olaraq hazırlanmış "Məşəl abidəsi" Önünə tər qərənfillər düzüblər.

Xəbəri paylaş: