Gürcüstanda atışma olub, ölənlər var

img

Gürcüstanın Saqareco şəhərində silahlı insident baş verib.

 

Rezonans.az xəbər verir ki, 1974-cü il təvəllüdlü kişi yaşayış binasının eyvanından insanlara atəş açıb.

 

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs əvvəlcə bir neçə dəfə atəş açıb. Nəticədə 4 nəfər ölüb, binanın həyətində olan daha 5 nəfər isə yaralanıb.

 

Silahlı şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da atəş açıb. İnsident zamanı daha bir nəfər ölüb. Məlumata görə, cinayəti törədən şəxs sonra özünə atəş açaraq öldürüb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: