Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. 


Rezonans.az xəbər verir ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətən övladlarının əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidlərimizin ruhuna dualar oxunub, şəhid məzarlarına tər güllər qoyulub.

Xəbəri paylaş: