Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb

img

Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.

Rezonans.az report-a istinadən xəbər verir ki, rayonun Səttarxan küçəsində yerləşən evlərdən birindən yaşlı kişi meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 1955-ci il təvəllüdlü Məmmədov Məhəmməd Bəhmən oğluna aid olması məlum olub.

Onun meyitində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: