“İrəvan üçtərəfli görüş ideyasını nəzərdən keçirir” - Mirzoyan

img

Rəsmi İrəvan hazırda Ermənistan, Gürcüstan və Azərbaycan liderlərinin iştirakı ilə görüş keçirmək ideyasını nəzərdən keçirir.

Rezonans.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə mediasına müsahbəsində bəyan edib.

“Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasını ikitərəfli Ermənistan-Azərbaycan görüşləri baxımından deyil, regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan Prezidenti ilə görüşü gündəmdədir”, - deyə Mirzoyan bildirib.

Xəbəri paylaş: