Türkiyə ordusu 11 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 11 terrorçunu zərərsizləşdirib

Türkiyə Suriyanın şimalında terrorçulara ağır zərbə endirib.


Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik Tel Rifatda 11 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

 

Bildirilir ki, zərbələr yaylım atəşli reaktiv sistemlərlə həyata keçirilib. "Heç bir terror hücumunu cavabsız qoymamışıq və qoymayacağıq", - açıqlamada bildirilir.

Xəbəri paylaş: