
Yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Rezonans.az-ın sorğusuna cavab olaraq bildirib ki, cəhdin qarşısı alınıb və onlardan biri- Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.