SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

img

Növbəti həftə (23-24.01.2023 və 26-27.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. 


Rezonans.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 14:00-dan 15:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Zaqatala rayonunda (Mədəniyyət Evi), 5-ci günü saat 11:00-dan 12:00-dək Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı) baş tutacaq. 


Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbəri paylaş: