Paytaxt sakinindən heroin götürüldü

img

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rahim Cəfərli şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 28 qrama yaxın heroin aşkar olunub. 

Rezonans.az xəbər verir ki, davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 2 kiloqramdan artıq heroin götürülüb. 

Araşdırma aparılır.

Xəbəri paylaş: