Azərbaycanlı deputatlar İŞİD döyüşçüləri ilə bağlı müzakirədə iştirak edəcək

img

Yanvarın 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayacaq.

Rezonans.az xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Heydətə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edəcək.

AŞPA qış sessiyası Assambleyanın yeni sədrinin və sədr müavinlərinin seçkisi ilə başlayacaq. Komissiyaların üzvləri təyin ediləcək. Sessiya “Rusiya Federasiyasının Ukraynaya təcavüzünün hüquqi və insan hüquqları məsələsi üzrə təcili prosedur debatlarla işini davam etdirəcək.

Sessiyanın gündəliyinə silahlı münaqişələrin ətraf mühitə təsiri, izləmə proqramları, etik, mədəni və təhsil problemləri də daxildir.

Belə ki, sessiyada Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər, silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Xəbəri paylaş: