Milli Parkda çöl donuzu OVLADILAR

img

Qızılağac Milli Parkının ərazisində çöl donuzu ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin  və Qızılağac Milli Parkının əməkdaşlarının qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı Milli Parkın ərazisində çöl donuzu ovlayan Masallı rayon sakini Fuad Nəsrullayev saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 2 ədəd çöl donuzu və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Xəbəri paylaş: