"Türkiyənin ən böyük fərqi..." - Ərdoğan

img

24-38 günlük, 2 aylıq hökumətlərin rəhbərlik etdiyi ölkədə iş dünyası irəliyə doğru yol görə bilmir. AKP hökumətində köhnə Türkiyə ilə yeni Türkiyə arasındakı ən böyük fərq də budur".

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada Ticarət və Sənaye Palatasının mükafatlandırılma mərasimində deyib.

Onun sözlərinə görə, bu mühüm nailiyyət sayəsində ölkəmiz terror təşkilatlarından tutmuş dövlət çevrilişi cəhdlərinə, küçə hərəkatlarına qədər hər cür bəladan çıxa bilib. İlk dəfə orta və uzunmüddətli planlar qurub həyata keçirmək imkanı qazanıb.

"Biz 10-15 il ərzində tamamlana bilməyəcək yüzlərlə layihəni rekord müddətdə tamamladıq. Böhranlar və çevrilişlərlə gündəmə gələn Türkiyə iqtisadi gedişləri ilə adından söz etdirməyə başlayıb", - Ərdoğan söyləyib.

 

Xəbəri paylaş: