
Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzində baş verən yanğında xəsarət alan 6 nəfər Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Rezonans.az xəbər verir ki, yanıq xəsarətləri alanlar şəxslərin həmin mərkəzdə istirahətə gələn şəxslər olduğu bildirilir
Qeyd edək ki, yanğın zamanı 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb.