Kralın tacqoyma mərasiminə qarşı etiraz aksiyası planlaşdırılır

img

Britaniyada monarxiya əleyhdarları may ayında Kral III Çarlzın tacqoyma mərasiminə etiraz etməyi planlaşdırır.

Rezonans.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Bildirilir ki, monariya əleyhinə olanlar mərasimin yüksək inflyasiya ilə mübarizə aparan insanların əksəriyyətinin "üzünə sillə" olduğunu bildirir.

“Respublika” qrupu Parlament meydanında dinc nümayiş keçirmək planları barədə London polisinə məlumat verib.

“Tacqoyma mərasimi irsi güc və imtiyazların təntənəsidir və müasir cəmiyyətdə yeri yoxdur”, - Respublika qrupunun icraçı direktoru Qrem Smit deyib.

Bukingem Sarayı daha əvvəl bildirib ki, tacqoyma mərasimləri Vindsor qalasında konsert, küçə şənlikləri, işıq şouları ilə qeyd olunacaq.

Xəbəri paylaş: