Aİ İstanbulda Ukrayna ilə bağlı forum keçirəcək

img

Avropa İttifaqının Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bazar ertəsi təşkilatın fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı “böyük forum” keçirmək planlarını açıqlayıb.

Rezonans.az xəbər verir ki, Meyer-Landrutun sözlərinə görə, bu tədbirə “Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi planlaşdırılır”.

Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib.

Meyer-Landrutun qeyd etdiyi kimi, belə bir forumun keçirilməsi Aİ üçün “eyni zamanda Ukraynaya dəstəyini bəyan etmək üçün bir fürsətdir”.

Xəbəri paylaş: