Gürcüstan sərhədi keçən rusların sayını açıqladı

img

Gürcüstanın Daxili İşlər Nazirliyi sərhədi keçən rusların sayını açıqlayıb.

Rezonans.az xəbər verir ki, 2022-ci ildə respublikaya 1,5 milyona yaxın vətəndaş gəlib. Bu, bir il əvvəlkindən beş dəfə çoxdur.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Onlardan belə çıxır ki, rusların ən çox axını avqustda - 260 810 nəfər, iyul (236 734 nəfər) və sentyabrda (222 274 nəfər) qeydə alınıb.

Gürcüstan sərhədini keçən Rusiya vətəndaşlarının ümumi sayı 1 milyon 459 min 546 nəfər təşkil edib. 2021-ci ildə Gürcüstana 292 512 rusiyalı səfər edib.

Xəbəri paylaş: