Yaponiyada zəlzələ oldu

img

Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasının sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.

Rezonans.az  xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Fukusima ştatının İsinomaki sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli vaxtla səhər saat 10:01-də və 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bütün bölgədə "nəhəng dalğa" xəbərdarlığı edilməyib.

Zəlzələnin Miyaqi, İvate, Yamaqata və İbaraki əyalətlərində hiss olunduğu qeyd edilib.

Xəbəri paylaş: