Balakəndə qanunsuz ağac kəsən şəxs saxlanıldı

img

Balakən rayonunun Talalar kəndi ərazisində ağcaqayın və akasiya ağaclarının qanunsuz olaraq kəsilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən kənd sakini Osman Sonalov saxlanılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş: