
Milli Məclisdə tibbi tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək.
Rezonans.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü il üçün iş planına daxil edilib.
Yaz sessiyası müddətində həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin hazırlanması parlamentin Sosial qanunvericilik şöbəsinə tapşırıq verilib.
Eyni zamanda, koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair dinləmə keçirilməsi də nəzərdə tutulub.