Parlamentdə sənədsiz evlər məsələsi qaldırıldı

img

Bu gün əsas məsələlərdən biri sənədsiz evlər problemidir. Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bələdiyyə torpaqlarının təftiş olunmasının vacibliyini vurğulayıb: “Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa, həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”.

Xəbəri paylaş: