Rusiyalı məmur evində yanaraq ÖLDÜ

img

Bu gün səhər saatlarında Moskvada yaşayış binasının 17-ci mərtəbəsində yanğın baş verib. 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra mənzildə kişi meyiti aşkarlanıb. Belə  ki, yanan mənzilin sahibinin 49 yaşlı Dmitri Pavoçka olduğu məlum olub.

Bildirilir ki, Pavoçka müxtəlif vaxtlarda Rusiyanın iri şirkətlərində menecer vəzifəsində çalışıb: “Roskosmos”, “Lukoyl”, “Menatep” və s. Bu yaxınlarda o, Rusiya Federasiyasının Sənaye Siyasəti və Sahibkarlıq Ali Məktəbinin beynəlxalq elmi-tədris əməkdaşlığı şöbəsinin müdiri olub.

Rusiya Federasiyası İstintaq Komitəsinin hesabatına əsasən, yanğına səbəb yanğınla ehtiyatsız davranmadır.

Maraqlıdır ki, 2022-ci ilin əvvəlindən bir neçə rusiyalı məmur və iş adamı müəmmalı şəraitdə dünyasını dəyişib.

Xəbəri paylaş: