İran xüsusi xidmət orqanlarının cəlb etmə yolları - Rauf Bayrambəyli

img

İran xüsusi xidmət orqanları Azərbaycan vətəndaşlarını hansı metodlar ilə cəlb edərək aldadırlar?

Müxtəlif yollar ilə. İran Xüsusi xidmət orqanları  İmam Hüseyni, İmam Əlini sevən onlara rəğbət bəsləyən və kərbəla ziyarətinə gedənlər  sırasından daha çox vətəndaşlarımızın gənc nəsil nümayəndələrini cəlb etməyə çalışırlar. Gah yalandan cadır qurub şəhidlərimizin şəklini vurmaqla  bununla özlərini guya şəhid ailələrinə canları yanır və onları dəstəkləyirlər kimi görüntü almaqla daha sonra  çay və yaxud digər ərzaqlar verməklə habelə ayaqqabılarını təmizləməklə və s. vasitələrlə özlərini  vətəndaşlarımıza  yaxın göstərərək onların dini inancından istifadə etməklə öz məkirli oyunlarına alət edirlər. Azərbaycan Dövləti olaraq biz bunların hamısını görürük və bilirik. Cəlb etdikləri vətəndaşlarımıza Azərbaycan Dövləti barəsində yalandan məlumatlar verib onları Dövlətə qarşı savaşmağa və yaxud mübarizə aparmağa məcbur edirlər. Azərbaycan vətəndaşları arasında xüsusəndə dini inancı daha çox olan şəxslər arasında “Xüms” adlı dini vergi yığmağı və həmin əldə olunmuş Vəsaitləri  özlərinə xidmət edən agentlərə  başqa ad ilə çatdırırlar.Xüms vergisi verən şəxslərə tövsiyyə edirəm ki Qurani- Kərimin  ənfal surəsi; 41ci ayəsini oxusunlar.İran Xüsusi xidmət orqanlarını öz toruna tək pul vəsaiti ilə yox, şantaj etməklə və yaxud (bizə qarşı danışmaq, dina qarşı danışmaqdır) fikrini formalaşdırmaqlada vətəndaşlarımızı cəlb etməyə çalışırlar.İranın Qum şəhərində dini təhsil adı ilə vətəndaşlarımızı öz çirkin oyunlarına alət edirlər. Sadəcə həmin şəxslərə düşünməyi tövsiyyə edirəm ki, iqtisadiyyat baxımından tənəzzülə uğramış bir ölkə , vətəndaşları acından məhv olan, azad yaşamaq üçün hər gün mücadələ apar xalqın yox, amma  təhsil almaq üçün gələn xarici vətəndaşların bütün xərclərini qarşılayırlar. 

İran Xüsusi Xidmət orqanlarına qarşı necə vətəndaş mövqeyi ortaya qoyub mübarizə aparmaq olar?

Bilirsiniz ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti ali savadlı, ayıq-sayıq, və vətənini dövlətini sevən şəxslərdir.  Özləri hər şeyi gözəl görür və anlayırlar. Amma yenə vətəndaşlarımıza tövsiyyə edirəm ki, dahada ayıq-sayıq olsunlar.  Ailə üzvlərinə, dostlarına, yaxınlarına  xüsusəndə gənclərə diqqəti daha da artırsınlar.  Görürsünüz ki  iran öz fars molla hakimiyyətini saxlamayaq üçün istənilən yola əl ata biləcək bir ölkədir. Xüsusəndə dini inancları daha şox olan gənclərimizə diqqət artırmaq, onlar ilə daha çox vaxt keçirtmək  tövsiyyə olunur. Gənclərimizə izah etmək gərəkdir ki, İslam dinini sevmək iranı sevmək deyil. İranın ən böyük silahıda budur  dindən öz oyunları üçün istifadə etmək. Vətəndaşlarımızdan rica edirəm ki, ətraflarında İran xüsusi xidmət orqanları xidmət etməkdə şübhəli bildikləri şəxslər barəsində mütləq Dövlət orqanlarına məlumat versinlər.  Bu Vətən, Bu Dövlət hamımızındır. Gəlin bərabər Dövlətimizi qoruyaq


Rauf Bayrambəyli

İctimai fəal




Xəbəri paylaş: