AzVP Tehranda baş verən terror aktı ilə bağlı bəyanat verdi

img

AzVP Tehranda baş verən

terror aktı ilə bağlı bəyanat verib.


Rezonans.az xəbər verir ki, bəyanatda deyilib:


Azad Vətən Partiyasının Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı bəyanatında deyilir: Beynəlxalq vəziyyətin indiki narahat dövründə siyasət dəqiqlik və həssaslıq tələb edir. 30 ilə yaxın torpaqlarının iyirmi faizi işğal altında olan Azərbaycan öz gücü ilə Qarabağı azad etməyin şərəfli dövrünü yaşayır. Ancaq düşmən məkrli niyyətlərindən əl çəkməyib, mübarizə davam edir. Ölkəmiz üçün belə bir məsul dövrdə başqa bir dövlətin ərazisində Azərbaycanın ərazisi sayılan səfirliyə hücum edilməsi ancaq məkrli düşmən siyasətidir. Azad Vətən Partiyası hesab edir ki, İran İslam Respublikasının hökuməti bu terror aktina görə tam məsuliyyət daşıyır və cinayətin diqqətlə  araşdırılması, cinayətkarların tezliklə tapılıb cəzalandırılması təmin edilməlidir.Düşmən məqsədinə çatmaq üçün ən xain üsullara əl atır. Böyük ehtimalla bu cinayətdə erməni izi də var və İran hökuməti cinayətin araşdırılmasına tam məsuliyyətlə yanaşmalıdır. Biz hesab edirik ki, məsələ aydınlaşdırılana qədər Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırmalı, İranın Azərbaycandakı səfiri Tehrana göndərilməli və Azərbaycan hökuməti tərəfindən digər sərt tədbirlər həyata keçirilməlidir. 

Xəbəri paylaş: