Türkiyədə avtobus qəzaya uğradı - Ölənlər var

img

Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Rezonans.az xəbər verir ki, hadisə Kayseri-Malatya yolunun 60-cı kilometrliyində baş verib.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Pınarbaşındakı xəstəxanalara qaldırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: