Akif Nağı Bərdədə veteranların problemləri ilə bağlı müzakirələr keçirib

img

Azad Vətən partiyasının sədri Akif Nağı bölgəyə səfəri çərçivəsində Bərdə şəhərində yerli şöbənin üzvləri ilə görüşüb. 


Rezonans.az xəbər verir ki, görüşü partiyanın Bərdə şöbəsinin sədri, Qarabağ qazisi, tabUr komandiri Gəray Əsədov açıb, toplantının məqsədi ilə, məramı ilə bağlı məlumat verib, eyni zamanda rayonda olan problemlərlə bağlı, partiyanın təşkilatlanma işləri ilə bağlı, veteranların üzləşdikləri çətinlikləri ilə bağlı və digər məsələlərlə bağlı məlumat verib. 


Sonra Akif Nağı həm ictimai-siyasi vəziyyətlə bağlı, partiyanın vəzifələri, rayon şöbəsinin üzvlərinin qarşısında duran işlərlə bağlı məlumat verib, sonra bu məsələlər ətrafında geniş müzakirə keçirilib. Çıxış edənlər təkliflərini verib, münasibətlərini bildiriblər. Bir sıra digər məsələlərlə yanaşı veteranların Birinci Qarabağ müharibəsinin iştirakçılarının problemləri ətraflı müzakirə olunub. Müzakirələrin gedişində məlum olub ki, məmurların biganəliyi nəticəsində süni şəkildə şişirdilmiş problemler mövcuddur. 


Bir çox insanlar real şəkildə Birinci Qarabağ müharibəsində iştirak etmələrinə, yaralanmalarına baxmayaraq onların qarşısında müəyyən əngəllər yaradılıb. Onların bəzilərinə veteran vəsiqələri verilməyib, bir çoxlarının əlillik dərəcələri əllərindən alınıb, bir çoxlarının müavinətləri əsassız olaraq dayandırılıb. Bu da insanlar arasında haqlı narazılığa səbəb olub. Konkret faktlar səsləndirildi. 


Bu məsələ geniş müzakirə olunduqdan sonra təkliflər verildi və qərara alındı ki, partiyanın rayon şöbəsinin rəhbərliyi tərəfindən bu məsələ ilə bağlı xüsusi arayış hazırlansın və bu məsələnin Bakıda partiyanın sədri Akif Nağının iştirakı ilə müəyyən qurumların qarşısında qaldırılsın, arayışlar təqdim edilsin, o cümlədən, Mudafiə Nazirliyinə, Nazirlər Kabinetinə və digər qurumlara müraciət olunsun. Sonra digər məsələlər müzakirə olundu. 


Əsasən təşkilatlanma məsələsi üzərində dayandılar. Çıxış edənlər qeyd etdilər ki, Bərdə rayonunda Azad Vətən partiyasının təşkilatlanması üçün ciddi imkanlar var və bu istiqamətdə yaxın vaxtlarda işlər genişləndiriləcək. Partiya rəhbərliyi tərəfindən bu istiqamətdə müəyyən vəzifələr, tapşırıqlar verildi. 


Bu müzakirələrdə iştirak edənlərdən Fərman Məmmədov, Elbəyi Məmmədli, Gəray Əsədov, Şirzad Hüseynov, Tofiq İsmayılov, Rizvan Qasımov, Rafiq Sultanov, Bəxtiyar Hüsiyev, Aqşin Hacızadə və digərləri çıxış etdilər. Sonda toplantıda iştirak edən tanınmış şair Aqşin Hacızadə özünün vətənpərvərlik ruhunda olan şeirlərini oxudu, eyni zamanda Azərbaycanın tanınmış sənətkarı, “Turan Dərviş” teatrının rəhbəri Şirzad Pirallahi gözəl ifası ilə toplantını yekunlaşdırdı.

Xəbəri paylaş: