NATO-nun baş katibi Cənubi Koreyaya getdi

img

NATO-nun baş katibi Yens Stoltenberqin Asiya ölkələrinə səfəri başlayıb.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, o,  ilk olaraq Cənubi Koreyada bu ölkənin xarici işlər naziri Park Jin ilə görüşüb.

Görüşdə Stoltenberq NATO-nun Şimali Koreyanın raket sınaqları və nüvə silahı proqramından narahat olduğunu bildirib. Ukraynadakı müharibənin Asiya ölkələrinə təsirindən danışan Stoltenberq, bu istiqamətdə Alyansla qitə ölkələri arasında sıx bağlılığa diqqət çəkib.

Xəbəri paylaş: