Şəhid Orxan Əsgərovun nəşi evinə gətirildi

img

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Rezonans.az xəbər verir ki, şəhid Orxan Əsgərovun nəşi yaşadığı evə gətirilib.

Vida mərasimindən sonra mərhum dəfn olunmaq üçün II Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı yaralanıb.

Xəbəri paylaş: