Gəncə sakinində avtomat aşkarlandı

img

Gəncə sakinində avtomat aşkarlanıb.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş idarəyə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: