Səbinə Əliyeva İran İslam Respublikasının Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb.


Rezonans.az xəbər verir ki, məktubda Ombudsman  Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını  qətiyyətlə pisləyib və  1961-ci il Diplomatiq əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında"  Konvensiyalarının tələblərinin  kobud şəkildə pozulmasını diqqətə çatdırıb. 

Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşklatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda  ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlərin görülməsinə dəvət edib. 

Xəbəri paylaş: