Gəncədə mebel salonu yanaraq kül oldu

img

Gəncə şəhər hava limanı yolunda yerləşən "Arzu" mebel salonunda güclü yanğın olub. 

Rezonans.az xəbər verir ki, hadisə gecə saatlarında Göygöl rayonu Quşqara kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın gecə 02.00 radələrində lokallaşdırılıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Xəbəri paylaş: