"Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tətəfindən Lənkəran Peşə Liseyində "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.


Rezonans.az xəbər verir ki, tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Təhsilin insan hüquq və azadlıqlarının inkişafında, demokratik cəmiyyətin qurulmasında, ölkələrin inkişafındakı əhəmiyyətli rolu" mövzularında çıxış edib.

Müzakirə şəklində davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Xəbəri paylaş: