İnkişaf edən dövlətimizdə gənclərimizin zəhməti danılmazdır

img

Artıq bu gün hər sahədə yüksək səviyyədə inkişaf edən dövlətimizdə gənclərimizin zəhməti danılmazdır. 


Onlar ən kiçik peşədən tutmuş ən yüksək vəzifəyə qədər öz vəzifə borclarını layiqincə icra edirlər. 2019-cu ildən başlayaraq cənab Prezident İlham Əliyevin keçirdiyi dərin islahatlar nəticəsində bir sıra mühüm dövlət qurumlarında artıq gənc kadrlar öz vəzifələrini yerinə yetirməkdədirlər. 


Bu göstərilən etimad və verilən dəyər cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu islahatlar nəticəsində vətəndaşlarımız da bir daha əmin oldular ki, ali təhsilli, vətən, millət sevgisi aşılanmış gənclərimiz hər zaman göz önündə, diqqət mərkəzindədirlər. Onların yeni və zamanın tələbinə uyğun olan düşüncələrinə, dinamik enerjilərinə hər zaman ehtiyac vardır.  Ən başlıcası isə bizim daim sızlayan yaramız olan Qarabağın işğaldan azad edilməsində gənclərimiz böyük şücaət və qəhrəmanlıq göstərdilər. 


Dövlət başçımızın da vurğuladığı kimi : Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır". Bəli, onlar Qarabağı ancaq kitablarda, filmlərdə, xatirələrdə görmüş və dərk etmişdilər, ancaq bu bizim gənclərin vətən, torpaq sevgisinə mane ola bilməzdi.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzu edirəm!


Öz həyatını dövlətimizin müstəqil və daimi inkişafına həsr etmiş cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir, Allahdan ona və ailəsinə möhkəm can sağlığı diləyirəm.


Kamal Laçınov

Xəbəri paylaş: