Ombudsman Uşaq Hüquqları Konvensiyasının jest dilinə çevrilmiş elektron versiyasının yaradıcı heyəti ilə görüş keçirib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın jest dilinə çevrilmiş elektron versiyasının yaradıcı heyəti ilə görüş keçirib.


Rezonans.az xəbər verir ki, görüşdə S. Əliyeva heyət üzvlərinə Ombudsman haqqında Konstitusiya Qanunu, mandatı və fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Qeyd olunub ki, uşaq hüquqlarının, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi Ombudsmanın fəaliyyətində hər zaman prioritet istiqamətlərdən biri olmuşdur.   

Görüş zamanı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının tələblərindən biri olan Jest dilinin rəsmi münasibətlərdə qəbulu və istifadəsinin təmin olunması istiqamətində bu dilə tərcümə edilmiş “Uşaq Hüquqları Konvensiyası” əsasında Elektron kitabın hazırlanması ilə bağlı göstərdikləri dəstəyə görə yaradıcı heyətin üzvləri Ombudsman tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Sonda heyət üzvləri səmimi görüşə görə Ombudsmana təşəkkürlərini bildiriblər.

Xəbəri paylaş: