Cəlilabadda ağır qəza - Ölən və yaralanan var

img

Cəlilabadda ağır yol qəzası baş verib.

Rezonans.az apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

MAZ" markalı avtomobillə çörək daşıyan "Qazel" markalı avtomobil toqquşub.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb.

Hazırda onların kimliyi və hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: