Bakıda PPX avtomobili qəzaya düşdü - Polislər xəsarət aldı

img

Bakıda Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilin iştirakı ilə qəza baş verib.

Rezonans.az apa-ya istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan 4 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, xəsarət alanlardan ikisi polisdir. Onlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarıdır. Xəsarət alanların adları aşağıdakılardır:

Eldar Hacıyev (polis-sürücü);

Taleh Əlizadə (polis).

"Chevrolet”də olanlar:

Sadiq Abbasov;

Arif Məmmədzadə.

Onlardan A.Məmmədzadəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xəbəri paylaş: