Ombudsman Mübariz İbrahimovun yubileyi münasibətilə şəhidin ailəsini ziyarət edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın əməkdaşları Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü - yubileyi münasibətilə şəhidin doğulduğu Biləsuvar rayonunun Əliabad kəndinə gedərək, onun ailəsi ilə görüşüb.



Rezonans.az xəbər verir ki, görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. 

Müvəkkil şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Milli Qəhrəmanın valideynləri göstərilən diqqət və qayğıya görə Ombudsmana öz dərin təşəkkürlərini bildiriblər.

Xəbəri paylaş: