Ombudsmanın Cənub Regional Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər

img

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov  ictimaiyyət nümayəndələri ilə birgə Vətən müharibəsi şəhidi Səyyad Əliyar oğlu Ağahüseynlinin doğum günündə ailəsini ziyarət ediblər.


Rezonans.az xəbər verir ki, görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. 

Z. İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən şəhid ailələri, qazilər və müharibə veteranlarının hüquqlarının müdafiəsinə hər zaman diqqətlə yanaşıldığını bildirib.

Vətən müharibəsindəki xidmətlərinə görə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən ölümündən sonra Səyyad Ağahüseynli “Vətən uğrunda”, "Cəsur döyüşçü", Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbəri paylaş: