Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var

img

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

Rezonans.az apa-ya istinadən xəbər verir ki, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib.

Belə ki, “Mercedes” markalı 50-EH-724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi “Opel” markalı 01-CE-467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib.

Xəbəri paylaş: