Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Altun Məmmədovun ailəsini ziyarət ediblər

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Məmmədov Altun Nüsrət oğlunun ailəsini ziyarət ediblər. 



Rezonans.az xəbər verir ki, görüşdə qeyd edilib ki, şəhidlərin ailə üvlərinin və müharibə veteranlarının  hüquqlarının təmin olunmasına Azərbaycan Ombudsmanı Səbinə Əliyeva tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. 


Görüş zamanı həmçinin Müvəkkilə ünvanlanmış müraciət qəbul olunub. 

Xəbəri paylaş: