Növbəti həftə daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

img

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə ( 13-14.02.2023 və 16-17.02.2023  tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. 


Rezonans.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək  Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü  saat 14:00-dan 15:00-dək  Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 12:00-dan 13:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 12:00-dan 13:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbəri paylaş: