Türkiyə telekanalları yardım çağırışı üçün ortaq yayım edəcək

img

Türkiyənin bütün televiziya kanalları zəlzələdən əziyyət çəkənlər üçün ortaq yayında bir araya gələcəklər.

Rezonans.az xəbər verir ki, bu barədə türkiyəli tanınmış aparıcı, “TV8” telekanalının sahibi Acun Ilıcalı Instaqram hesabında bildirib.

Fevralın 15-i saat yerli saatda 20:00-da efirə gedəcək “Türkiye tek yürek” ortaq yayını zəlzələdən zərərçəkənlərə yardım səfərbərliyinə çağırış məqsədi daşıyır.

Xəbəri paylaş: