Zəlzələdən zərərgörənlərə 4 evini verir

img

Məşhur müğənni Demet Akalın zəlzələdə zərərçəkən ailələrə müvəqqəti yaşamaları üçün ev verə biləcəyini açıqlayıb.

Rezonans.az “Ensonhaber”ə istinadən xəbər verir ki, dağıdıcı zəlzələnin baş verdiyi bölgələrə yardım göndərən müğənni öz tviter hesabında yeni paylaşım edib. O, paylaşımında bildirib ki, İstanbulun Pendik rayonundakı 4 evini zərərgörənlərin üzünə açacaq:

“Pendikdə dörd mənzilimiz var. Zəlzələdən zərərçəkənlərə hazırlayacağıq. Bu müddət ərzində evlərimizi hazırlamaq üçün əşyalara ehtiyacımız var. Əsas kombidir... Kömək etmək istəyənlərin əlaqə saxlamasını istəyirik”.

Sənətçinin tvitinə çoxsaylı şərhlər yazılıb. Belə ki, izləyiciləri əşyalar verə biləcəklərini  bildiriblər.



Xəbəri paylaş: