Nobel mükafatlı fəal Türkiyədə 50 ev tikəcək

img

Nobel Sülh Mükafatı laureatı, yəmənli fəal Təvəkkül Karmanın rəhbəri olduğu “Tawakkol Karman Foundation” Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərərçəkənlər üçün 50 ev tikəcək.

Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə yəmənli fəal yerli televiziya kanalına açıqlamasında deyib.

Karman bildirib ki, tikiləcək evlər yəmənlilərin Türkiyədəki qardaşları ilə həmrəyliyinin göstəricisi olacaq.

O qeyd edib ki, sözügedən evlər AFAD vasitəsilə tikiləcək.

Xəbəri paylaş: