Xilasedicilərimiz qardaş ölkədə yaralıları müalicə edir

img

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Bu barədə Rezonans.az-a FHN-dən məlumat verilib.

Belə ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Xəbəri paylaş: