“Açıq mikrofon” bu dəfə Tovuzda olacaq

img

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. 

Rezonans.az xəbər verir ki, aksiya Qovlar şəhəri, Gənclər Evində baş tutacaq. 

“Səyyar qəbul otağı” fevral ayının 15-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Xəbəri paylaş: