FHN-in xilasediciləri zəlzələ bölgəsində çadırların qurulmasını həyata keçirirlər

img

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.

Bu haqda Rezonans.az-a FHN-dən məlumat verilib.

FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş rayonunda çadırların qurulmasını həyata keçirirlər.

Xəbəri paylaş: