
Türkiyənin Hatay şəhərində zəlzələdən dağılan “Tower” binasının podratçısı Cihan İnşaatın sahibi Ömər Cihan həbs edilib.
Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ömər Cihan Manavgat Titreyengöldə zəlzələ qurbanlarının qaldığı oteldə saxlanılıb.
Gecəni jandarmada keçirən Cihan, proseslər tamamlandıqdan sonra Manavgat Ədliyyəsinə aparılıb.
O, daha sonra həbs edilərək həbsxanaya göndərilib.