
Türkiyədə ötən həftə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.
Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdən 198 saat sonra iki nəfər xilas edilib.
Məlumata görə 17 yaşlı Muhammet Enes və adı açıqlanmayan digər bir şəxs dağıntılar altından sağ çıxarılıb.
Hazırda burada daha bir nəfərin xilas edilməsi ilə bağlı işlər davam etdirilir.