İranın Baş prokuroru Kamran Əliyevə zəng etdi

img

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri Azərbaycan Baş prokuroru Kamran Əliyevə zəng edib. 

Rezonans.az xəbər verir ki, Montazeri yanvarın 27-də ölkəmizin Tehrandakı Səfirliyində törədilmiş cinayətə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığı verib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında məlumatlandırıb.

Kamran Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək cinayət işinin istintaqının davam etdiyini diqqətə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda hər iki tərəf cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.

Xəbəri paylaş: