Moldova hava məkanını bağladı

img

Moldova hökuməti müvəqqəti olaraq ölkənin hava məkanını bağlayıb.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Air Moldova” aviaşirkəti açıqlayıb.

“Hazırda Moldovanın hava məkanı bağlıdır, reyslərin bərpa edilməsini gözləyirik”, - deyə məlumatda vurğulanıb. 

Qeyd olunur ki, Moldova mediasının daha əvvəl yaydığı məlumata görə, aviaşirkətlərə respublikanın hava məkanında kəşfiyyat xarakterli uçan obyektin aşkar edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Xəbəri paylaş: